Ermənilərin uzaqdan baxdığı Qaragöldən ilk görüntülər ilk dəfə İTV-də

Sərt iqlimi, sərt qayalıqları olan Laçın rayonunda budəfəki hədəfimiz dillər əzbəri olan məşhur dağ göllərindən heç olmasa birini gözümüzlə görməkdir. Dağların qoynunda mirvariyə bənzəyən Qaragöl. Laçın rayonunda Ermənistanın təxribatlarının qarşısını almaq üçün keçirilən əməliyyatlar nəticəsində strateji yüksəkliklərlə yanaşı, Qaragöl də işğaldan azad edildi. Burda hava o qədər şaxtalıdır ki, göl donub. Üstündə gəzdikdə belə qırılmır. Bu gölün həm simvolik, həm də 30 il əvvəl burada yaşayanlar üçün mənası çox böyükdür. Fermerlər yaylağa bu əraziyə gəldikdə bu gölün suyundan müxtəlif məqsədlər üçün və heyvanların su içməsi üçün istifadə ediblər.Uzun illər düşmən atəşi altında qalan Qaragöl tarixən laçınlıların yaylaq yeri olub, suvarma, heyvandarlıq və balıqçılıq üçün istifadə edilib. İsti aylarda yenidən canlanırburalar.İndi bu yerlər də Azərbaycan əsgərinin nəzarətindədir. https://www.facebook.com/ictimai.tv/ https://www.instagram.com/ictimaitv.official/ Telegram: https://t.me/tvictimai https://itv.az/ #ictimaitv #video #televiziya #baku #videolar #itv #azərbaycan #laçın #qaragöl #ermənistan #yüksəklik #azərbaycanəsgəri #buz #yaylaq #su #lachin #ermenistan #qaragöl
Paylaş: